Konte: “Bura qazanmaq üçün gəlmişəm”

“Tottenhem”in yeni baş məşqçisi Antonio Konte açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, italyan mütəxəssis, London klubuna titullar qazanmaq üçün gəldiyini söyləyib:

“Bura qazanmaq üçün gəlmişəm. Bu, böyük bir meydan oxumadır. Çox böyük, çox. Bu klubun bir müddətdir titul qazanmadığını bilirəm. Amma mən bura qazanmaq üçün gəlmişəm. Kubokları bir-iki gün işləməklə əldə etmək olmur. Uzun müddətli layihələrə sahib olmaq lazımdır”.

“Tottenhem” Kontenin rəhbərliyi altında ilk matçında Konfrans Liqasının qrup mərhələsi çərçivəsində “Vitess”i (Niderland) məğlub edib – 3:2.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button