
“Tottenhem”in yarımmüdafiəçisi ilin ən yaxşı futbolçusu seçildi
Danimarkada 2020-ci ilin ən yaxşı futbolçusu məlum olub.
Komanda.az xəbər verir ki, bu, İngiltərənin “Tottenhem” klubunda çıxış edən Pyer-Emil Höybyerqdir. Bu barədə Danimarka Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçi ölkəsində ilin ən yaxşı kişi futbolçusu seçilib.
Danimarka milli komandasının da üzvü olan Höybyerq 2020-ci ilin avqustundan “Tottenhem”də çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin