Xoşagəlməz zarafat edən futbolçunu 6-12 oyunluq cəza gözləyir

“Tottenhem”in yarımmüdafiəçisi Rodriqo Bentankur xoşagəlməz açıqlamasına görə bir neçə oyunu buraxa bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, uruqvaylı futbolçu komanda yoldaşı Son Hın Minə etdiyi zarafata görə diskvalifikasiya olunmaq təhlükəsi ilə üzləşib. Belə ki, o, Sonun formasını vermək istənildikdə, gülərək, cənubi koreyalıların bir-birinə çox bənzədiyini bildirib:

Məhkəmə sentyabrın 19-da keçiriləcəyindən, Bentankur “Arsenal”a qarşı oynaya biləcək. Gələcəkdə onun günahı təsdiqlənərsə, futbolçu 6-12 matçı buraxa bilər.

27 yaşlı yarımmüdafiəçi Premyer Liqa və İngiltərə kubokunda iştirak edə bilməyəcək, diskvalifikasiya avrokubok oyunlarına şamil edilməyəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button