“Messi futbol tanrısıdır”

Argentina millisinin üzvü Kristian Romero açıqlama verib.

Komanda.az “Sky Sports”a istinadən xəbər verir ki, müdafiəçi, həmyerlisi Lionel Messi haqda danışıb:

“Milli komandayla titul qazanmaq mənim üçün əsas şeydir. Argentina yığmasıyla Amerika kubokunu qazanmaq karyeramın ən parlaq hadisələrindən biri idi. Ölkəm üçün oynamağı sevirəm və bundan zövq alıram.

Messi təkcə futbolçu deyil, o, futbol tanrısıdır. Onun kimi biriylə həmyerli olmaq mənim üçün şərəfdir. Messi hər zaman gənclərə kömək edir və çox təvazökardır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button