
“Tottenhem”in prezidenti: “Mənə gələn hər bir təklifi nəzərdən keçirəcəm”
“Tottenhem”in prezidenti Daniel Levi yaxşı təklif alacağı təqdirdə, klubdakı payını sata biləcəyini bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubunun rəhbəri təklifləri nəzərdən keçirəcəyini söyləyib:
“Tottenhem”dən ayrılmaq istəmirəm, amma mənə gələn hər bir təklifi nəzərdən keçirəcəm. Söhbət məndən deyil, klub üçün nəyin faydalı olmasından gedir”.
Daniel Levi klubun 25 faiz səhmlərinə sahibdir. Nəzarət səhm paketi – 60 faiz – böyük tərəfdaş Joe Levisə məxsusdur. Qalan 15 faiz isə 300-ə yaxın minoritar səhmdarlara məxsusdur.
Levi 2001-ci ildən London klubundadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin