“Tottenhem”in oyunu koronavirusa görə təxirə salındı
Futbol üzrə İngiltərə Liqa Kubokunda bu günə nəzərdə tutulan “Leyton Oriyent” – “Tottenhem” oyunu baş tutmayacaq.
Komanda.az xəbər verir ki, buna meydan sahibi komandanın futbolçuları arasında koroinavirusa kütləvi yoluxma halı səbəb olub.
Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürməli idi.
Xəbərdə o da bildirilir ki, qarşılaşmanın nə vaxtsa oynanılacağı və ya tamamilə ləğv olunacağı barədə müzakirələr davam edir. Premyer Liqadakı sıx qrafik səbəbindən matçın başqa tarixə keçirilməsi mümkün olmayacağı təqdirdə “Leyton Oriyent”ə texniki məğlubiyyət verilə, “Tottenhem” isə növbəti mərhələyə adlaya bilər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin