“Tottenhem”in müdafiəçisi üçün mövsüm başa çatdı

“Tottenhem”in mərkəz müdafiəçisi Radu Draquşin dizindəki çarpaz bağın yırtılması səbəbindən mövsümün qalan hissəsi üçün sıradan çıxıb.

Komanda.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.

Rumıniyalı futbolçu Avropa Liqası çərçivəsində keçirilən “Elfsborq”la matçda (3:0) zədələnib. O, yaxın vaxtlarda əməliyyat olunacaq.

“Tottenhem” 23 yaşlı Draquşini 2024-cü ilin əvvəlində “Cenoa”dan alıb. O, bu mövsüm komandasının 28 matçında iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button