“Tottenhem”in Kuluşevskini almaq üçün 2 variantı
“Tottenhem” 2022/23 mövsümünün sonunda “Yuventus”dan Deyan Kuluşevski alacaq.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, İngiltərə klubunun müqavilə üçün iki variantı var. Futbolçu 20 matçda iştirak edərsə (hər birində ən azı 45 dəqiqə meydanda olmaqla) və klub Çempionlar Liqasına vəsiqə qazanarsa, londonlulardan futbolçunu 35 milyon avroya almaq tələb olunacaq.
“Tottenhem” 22 yaşlı isveçlini 2022-ci ilin yanvarında, 2023-cü ilin iyununun sonuna kimi “Yuventus”dan icarəyə götürüb.
Futbolçu bu mövsüm “Tottenhem”in heyətində 9 matçda 1 qol vurub, 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin