“Qarabağ”ın rəqibinin kapitanı şikayətləndi
Son Hın-Min getdikcə sıxlaşan oyun cədvəlindən danışıb. Avropanın aparıcı klubları bir mövsümdə demək olar ki, 60 matç keçirir və oyunçular getdikcə belə sıx qrafikdən şikayətlənirlər.
Komanda.az “derbyderbyderby.it”-ə istinadən xəbər verir ki, cənubi koreyalı futbolçu oyunların çoxluğuna münasibət bildirib:
“Nə qədər çox matç olsa, zədələnmə ehtimalı bir o qədər çox olar. Daha çox matç daha çox səyahət və uçuş deməkdir. Sağlamlığımızın qeydinə qalmalıyıq. Futbolçular robot deyil. Biz futbolu sevirik, oynamağı sevirik, lakin biz robot deyilik”.
Son Hın-Min 2015-ci ildən “Tottenhem”də çıxış edir.
“Tottenhem” Avropa Liqasında “Qarabağ”ın rəqiblərindən biridir. İngiltərə klubu dünən keçirilən oyunda “köhlən atlar”ı 3:0 hesabı ilə məğlub edib.
Bizi Facebook-da izləyin