“Tottenhem”in istəmədiyi hücumçu “qırmızı şeytanlar”ın hədəfində

Son mövsümü “Tottenhem”də keçirən Fernando Llorente karyerasını yenə Premyer Liqada davam etdirə bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, London təmsilçisi ilə yeni müqavilə imzalamayan və hazırda azad agent statusu daşıyan futbolçu, “Mançester Yunayted”in transfer hədəfindədir. “Qırmızı şeytanlar” 34 yaşlı hücumçunu Romelu Lukakunun əvəzləyicisi kimi transfer etmək niyyətindədir.

Futbolçunun adı “Fiorentina”, “Latsio”, “Atalanta” və “İnter” kimi klublarla yanaşı çəkilirdi.

2013-2015-ci illərdə “Yuventus”da oynayan futbolçu, 2017-ci ildən “Tottenhem”in şərəfini qoruyurdu. O, son mövsümdə iştirak etdiyi 35 oyunda 8 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button