“Tottenhem”in hücumçusu La Liqa klubuna keçib

“Sevilya” klubu İngiltərə təmsilçisi “Tottenhem”in hücumçusu Alexo Velisi transfer edib.

Komanda.az xəbər verir ki, müqavilə 2023/2024 mövsümünün sonuna qədər, satınalma hüququ olmadan icarəni nəzərdə tutur.

19 yaşlı argentinalı futbolçu “Tottenhem”ə 2023-cü ilin yayında, “Rosario Sentral”dan 15 milyon avroya keçib.

Alexo Velis bu mövsüm İngiltərə Premyer Liqasında 8 oyun keçirib və 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button