Keynin Premyer Liqa sevgisi

“Tottenhem”in hücumçusu Harri Keyn mövsümün sonunda klubu tərk etməli olsa da, Premyer Liqada qalmaq niyyətindədir.

Komanda.az xəbər verir ki, 27 yaşlı futbolçu karyerasını İngiltərədə davam etdirmək istəyir. Bu barədə “İndependent” nəşri məlumat yayıb. Xəbərdə, Keynin “Tottenhem”dən ayrılacağı halda belə, Premyer Liqa klublarından birinə keçəcəyi bildirilir.

Keynlə İngiltərədən “Mançester Siti” və “Mançester Yunayted” klubları maraqlanır.

İngilis hücumçu bu mövsüm Premyer Liqada 29 oyunda 19 qol vurub. Onun klubla müqaviləsi 2024-cü ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button