“Tottenhem” gözünü milli üzvünə dikib

İngiltərə millisinin və “Kristal Pelas”ın müdafiəçisi Mark Quehi karyerasını Premyer Liqanın başqa klubunda davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Tottenhem” 25 yaşlı futbolçu ilə maraqlanır və onu qış transfer pəncərəsində almağa çalışacaq.

Daha əvvəl mətbuatda “Real” və “Liverpul”un da müdafiəçiylə maraqlandığı bildirilib.

Quehinin “Kristal Pelas”la hazırkı müqaviləsi gələn ilin yayında başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button