“Tottenhem”in futbolçusunun qardaşı güllələndi

İngiltərənin “Tottenhem” klubunun futbolçusu Serj Oryenin qardaşı Kristofer Orye güllələnərək, öldürülüb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə bu gün, səhər saatlarında Tuluzadakı gecə klublarının birində baş verib. Orye xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Kristofer Fransanın həvəskar futbol liqasında çıxış edirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button