“Tottenhem”in futbolçusundan yeni rekord
“Tottenhem”in hücumçusu Son Hın Min İngiltərə Premyer Liqası tarixində dörd müxtəlif son Premyer Liqa çempionuna qol vuran ilk oyunçu olub.
Komanda.az AS-a istinadən xəbər verir ki, 31 yaşlı futbolçu ötən gün “Mançester Siti” ilə Premyer Liqanın 14-cü turunun “Etihad” stadionunda keçirilən matçında qol vurub. Görüş 3:3 hesablı bərabərliklə başa çatıb.
Əvvəllər “Tottenhem”in hücumçusu “Liverpul”, “Çelsi” və “Lester”ə qarşı matçlarda qol vurmağı bacarıb.
Son Hın Min bu mövsüm İngiltərə Premyer Liqasında 14 oyun keçirib, 9 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin