
“Tottenhem”in futbolçusuna silahlı hücum olub
“Tottenhem”in müdafiəçisi Destini Udoçiyə silahlı hücum edilib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisənin oktyabr ayında baş verdiyi bildirilir.
İtaliyalı futbolçuya gecə vaxtı naməlum şəxs tərəfindən tapança ilə hədə-qorxu gəlinib. Hadisənin təfərrüatları açıqlanmasa da, polis artıq araşdırmaya başlayıb və 31 yaşlı bir futbol agentini saxlayıb.
“Tottenhem”in rəhbərliyi Udoçiyə bu çətin vəziyyətdə dəstək göstərir. 22 yaşlı futbolçu cari mövsümdə bütün turnirlər daxil olmaqla 10 oyunda iştirak edib.
“Tottenhem” noyabrın 8-də, İngiltərə Premyer Liqasının 11-ci turu çərçivəsində doğma meydanda “Mançester Yunayted”lə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



