“Tottenhem”dən MLS klubuna – rəsmi
“Tottenhem”in futbolçusu Viktor Vanyama karyerasını ABŞ-da davam etdirəcək.
Komanda.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 28 yaşlı yarımmüdafiəçi Tyerri Anrinin baş məşqçisi olduğu “Monreal İmpakt” klubuna keçib.
MLS təmsilçisinin Vanyama ilə imzaladığı müqavilənin detalları açıqlanmayıb.
2016-cı ilin yayından “Tottenhem”də forma geyinən Vanyama, bu mövsüm Premyer Liqada iki matçda iştirak etmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin