“Tottenhem”in futbolçusu niyə evlənmir?
“Tottenhem”in futbolçusu Son Hın Min maraqlı açıqlama verib.
Komanda.az xəbər verir ki, İngiltərə mətbuatına danışan cənubi koreyalı hücumçu, evlənməməsinin səbəbini deyib:
“Atam, “futbolçu karyeranı bitirməmiş evlənmə” dedi və mən də ona qulaq asdım. Evləndiyində əsas diqqətin ailəndə olur və futbol ikinci planda qalır.
Yüksək səviyyədə neçə yaşıma qədər oynaya bilərəm, bilmirəm. Ancaq karyeranı bitirdiyində, ya da 33-34 yaşında evlənə bilərsən və qarşında ailənə vaxt ayırmaq üçün uzun zamanın olur”.
2015-ci ildən “Tottenhem”də çıxış edən Son, londonluların heyətində son mövsümün ən yaxşı futbolçusu seçilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin