“Tottenhem”də Beyl şoku
“Tottenhem”in futbolçusu Qaret Beyl zədələnib.
Komanda.az xəbər verir ki, bu barədə London təmsilçisinin baş məşqçisi Joze Mourinyo yerli mətbuata açıqlamasında deyib. Uelsli hücumçu İngiltərə Liqa kubokunun 1/4 final mərhələsi çərçivəsində “Stok Siti”yə qarşı keçirilən oyunda zədələnərək, 46-cı dəqiqədə Son Hın Minlə əvəzlənib.
Qaret Beylin son durumu tibbi müayinədən sonra bilinəcək.
“Tottenhem” “Stok Siti”ni məğlub edərək (3:1) yarımfinala yüksəlib. Londonlular bu mərhələdə “Brentford”la qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin