“Milan” onun üçün yenidən hərəkətə keçir
İngiltərənin “Tottenhem” klubunun futbolçusu Serj Orye karyerasını İtaliyada davam etdirə bilər.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı futbolçu “Milan”ın hədəfindədir. İtaliya təmsilçisi yay transfer pəncərəsi dövründə futbolçunu transfer etmək istəyir. “Tottenhem” də Oryenin komandadan ayrılmasına müsbət yanaşır. London klubu müqaviləsi 2022-ci ilin yayınadək nəzərdə tutulan futbolçunu satmağa hazırdır.
“Qırmızı-qaralar” keçən yay da Oryeni transfer etmək istəsə də, bu keçid baş tutmamışdı.
Orye 2017-ci ildən “Tottenhem”in şərəfini qoruyur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin