“Yuventus”un transfer siyahısındadır – “Tottenhem”in futbolçusu

“Tottenhem”in yarımmüdafiəçisi Pyer-Emil Hoyberq qış transfer pəncərəsində komandasını dəyişmək istəyir.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, 28 yaşlı futbolçu “Yuventus”un transfer siyahısında yer alıb.

Danimarkalı futbolçu özü də Turin klubunda oynamaq niyyətindədir.

Hoyberq “Bayern”, “Ausburq”, “Şalke”, “Sauthempton”da oynadıqdan sonra 2020-ci ildə “Tottenhem”ə keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button