“Tottenhem”in futbolçusu ilin ən yaxşısı seçildi
Cənubi Koreyada 2020-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib.
Komanda.az xəbər verir ki, Cənubi Koreya millisinin və “Tottenhem”in hücumçusu Son Hın Min bu ölkədə ilin ən yaxşısı seçilib.
Bu barədə Cənubi Koreya Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, Son Hın Min 2015-ci ildən “Tottenhem”də oynayır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin