Keyn “Tottenhem”dən ayrılmaq istəyir

“Tottenhem”in futbolçusu Harri Keyn mövsümün sonunda London klubundan ayrıla bilər.

Komanda.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb. Xəbərdə, hələ “Tottenhem”də titul qazana bilməyən Keynin bu vəziyyətdən narazı olduğu bildirilir. Artıq kubok qazanmaq istəyən hücumçu, bunu “Tottenhem”də reallaşdıra biləcəyinə inanmır və arzusunu gerçəkləşdirmək üçün Londondan ayrılmaq istəyir.

“Tottenhem” 26 yaşlı hücumçunun ayrılmasına müsbət yanaşmır. İngiltərə millisinin də əsas “qol silahı” olan Keynin hazırda transfer dəyəri 170 milyon avrodur.

“Tottenhem”in yetirməsi olan Keynin müqaviləsi 2024-cü ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button