Keyndən “Mançester Siti” etirafı
“Tottenhem”in futbolçusu Harri Keyn “Mançester Siti”dən təklif aldığını etiraf edib.
Komanda.az xəbər verir ki, “The Athletic” nəşrinə danışan ingils hücumçu, “şəhərlilər”lə danışıq apardığını söyləyib:
“Bəli, danışıqlarım oldu. Yüksək səviyyəli futbolçuların həyatında belə şeylər olur. Hər şey qaydasındadır və həmin vaxt özümü yaxşı toparlaya bildim”.
“Mançester Siti” yayda bir neçə dəfə Keyn üçün “Tottenhem”ə təklif göndərsə də, razılıq əldə edilməmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin