Konte gəldi, Keyn qərarını dəyişdi
“Tottenhem”in futbolçusu Harri Keyn klubu tərk etmək fikrindən daşınıb.
Komanda.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb. Xəbərdə, ingilis hücumçunun komandaya italyan mütəxəssis Antonio Kontenin baş məşqçi təyin olunmasından sonra klubda qalmağa qərar verdiyi bildirilib.
Keyn “Tottenhem”in Kontenin rəhbərliyi altında titul qazanacağına ümid edir.
Keynin daha əvvəl “Tottenhem”dən ayrılmaq istədiyi bildirilirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin