Harri Keyn karantinə alındı
“Tottenhem”in futbolçusu Harri Keyn karantinə alınıb.
Komanda.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb. Ailəsiylə birlikdə Baham adalarında istirahət edən Keyn, avqustun 8-də İngiltərəyə qayıtdıqdan sonra karantinə alınıb. 27 yaşlı hücumçu komandasının toplanışına da qatılmayıb. Keyn 14 gün karantində qalmalıdır.
İngiltərə Premyer Liqasında yeni mövsümə sentyabrın 12-də start veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin