“Tottenhem”in azarkeşlə mübahisə edən futbolçusu cəzalandırıldı
“Tottenhem”in futbolçusu Erik Dayer cəzalandırılıb.
Komanda.az xəbər verir ki, İngiltərə Futbol Assosiasiyası 26 yaşlı futbolçunu 4 oyunluq diskvalifikasiya edib. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Dayer həmçinin 40 min funt-sterlinq məbləğində də cərimələnib.
Dayerin cəzalanmasına səbəb, İngiltərə kubokunun 5-ci mərhələsində “Norviç”lə matçdan (1:1, penaltilər 3:4) sonra tribunaya qalxaraq, azarkeşlə mübahisə etməsi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin