“Nəticənin ədalətli olduğunu düşünmürəm” – Alli
“Tottenhem”in futbolçusu Dele Alli Premyer Liqanın 5-ci turunda “Çelsi”yə uduzduqları oyundan sonra fikirlərini bildirib.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, Alli, 0:3 hesabıyla bitən görüşlə bağlı bunları deyib:
“Üç xal qazana və yaxşı oyun göstərə bilərdik. Oyuna çox yaxşı başladıq. İlk hissədə özümüzə inam yüksək idi. Fasiləyə qədər oyundan razı idik.
İkinci hissədə də oyuna nəzarət edirdik. Nəticənin ədalətli olduğunu düşünmürəm. Məğlubiyyəti qəbul edib, irəliyə baxmalıyıq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin