“Tottenhem”in futbolçusu “Brentford”a keçir

“Tottenhem”in müdafiəçisi Serxio Reqilon “Brentford”a keçməyə yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu mövsümün sonuna kimi “Brenford”da icarə əsasında çıxış edəcək. Hazırda danışıqlar son mərhələdədir. 

Reqilon bu mövsüm icarə əsasında “Mançester Yunayted”də çıxış edib. Müdafiəçi “qırmızı şeytanlar”ın heyətində bütün turnirlərdə 12 matçda iştirak edib. Onun “Tottenhem”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button