“Tottenhem”in futbolçusu 4-5 həftəlik sıradan çıxıb
“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu müdafiəçi Kristian Romeronun zədəsi haqda danışıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssis komandada bir neçə zədəli oyunçu olduğunu bildirib:
“Romero sınaqdan keçirildi, 4 və ya 5 həftə yaşıl meydanlardan kənarda qalacaq. Qalan hamı yaxşıdır. Bir neçə zədəli var, amma daha asan bir məşq həftəsi keçirdik. Ən azı son bir neçə gündə hər kəs yaxşıdır”.
Romero İngiltərə Premyer Liqasının 18-ci turunun “Everton”la oyununda (2:1) əvəzlənib.
25 yaşlı oyunçu İngiltərə çempionatının cari mövsümündə 15 oyun keçirib və 3 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin