“Tottenhem”in futbolçusu əsgərliyə yollanır
İngiltərənin “Tottenhem” klubunun hücumçusu Son Hın Min koronavirusa görə bu ölkədə mövsümə fasilə verilməsindən yararlanaraq vətəni Cənubi Koreyaya yollanıb.
Komanda.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı futbolçunun səfərində əsas məqsəd əsgərlik xidmətini çəkməkdi.
Məsələ burasındadı ki, Cənubi Koreya qanunlarına əsasən 28 yaşdan kiçik oğlanlar 21 ay orduda xidmət etməlidi. Son Hın Min 2018-ci ildə milli komandanın heyətində Asiya Oyunlarında qələbə qazanmaqla böyük güzəşt əldə edib. Lakin istənilən halda futbolçu ən azı bir ay hərbi xidmətdə olmalıdı. Çünki əks halda ordudan yayınanları həbs cəzası gözləyir. Bu üzdən Son Hın Min də qısa müddətli də olsa, hərbi xidmət edəcək.
Məlumata görə, ötən həftə ölkəsinə gedən futbolçu karantinə alınıb. Karantin müddəti bitəndən sonra, aprelin sonlarında o, hərbi xidmətə yollanacaq. Ondan sonrakı dörd həftə ərzində İngiltərə Premyer Liqası bərpa olunsa belə, futbolçunun bəzi oyunları buraxması lazım gələcək.
Bizi Facebook-da izləyin