“Tottenhem”in Disasi planı

“Çelsi”nin müdafiəçisi Aksel Disasi İngiltərə Premyer Liqasının başqa klubuna keçə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçunun transferində “Tottenhem” maraqlıdır.

London klubu Disasi ilə zədəli Radu Draquşini əvəzləmək fikrindədir.

26 yaşlı müdafiəçi “Çelsi”də müntəzəm oyun vaxtı qazanmır və buna görə də transferlə razılaşa bilər. O, bu mövsüm hazırkı komandasının heyətində 17 matçda iştirak edib, 2 qol vurub və 2 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button