“Tottenhem” nə vaxtsa çempion olacaq? – Ferqyuson “yox” deyir

“Mançester Yunayted”in sabiq baş məşqçisi Aleks Ferqyuson “Tottenhem”in İngiltərə çempionu olmaq şanslarını şərh edib.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, o, bunları deyib:

“Tottenhem” nə vaxtsa Premyer Liqa çempionu olacaq? Yox (gülür). 1961-ci il onların Premyer Liqada qazandıqları son il idi. Bu gün vəziyyət elədir ki, “Liverpul” və “Mançester Siti” Premyer Liqada çox güclü oynayırlar. “Tottenhem”in şansı “Mançester Yunayted”dən daha yaxşıdır? Bu şans yoxdur”.

“Tottenhem” 1960-1961-cı il mövsümündə İngiltərə çempionatının qızıl medalını qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button