
“Tottenhem”in baş məşqçisindən fransalı hücumçu haqda açıqlama
“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu komandanın hücumçusu Matis Telin gələcəyi ilə bağlı danışıb.
Xatırladaq ki, “Tottenhem” 19 yaşlı fransalı futbolçunu fevral ayında “Bayern”dən icarəyə götürmüşdü.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, baş məşqçi, Telin komandaya kömək edə biləcəyinə inanır:
“İnsanlar unudurlar ki, o, “Bayern”də çətinliklə oynayıb və biz onu birbaşa “od”a atdıq. Biz həqiqətən inanırıq ki, Tel bizə kömək edə bilər. İndi o, fiziki olaraq daha yaxşı görünür”.
Tel “Tottenhem”in heyətində 10 matçda iştirak edib və 2 qol vurub. Onun “Bayern”lə müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



