“Belə bir məğlubiyyəti qəbul etmək çox çətindir” – Poçettino
“Tottenhem”in baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqasında “Bavariya”ya məğlub olduqları oyundan sonra açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Poçettino, 2:7 hesabıyla məğlub olduqları oyunu belə şərh edib:
“Belə bir məğlubiyyəti qəbul etmək çox çətindir, ancaq rəqibin də bacarıqlarını və əlinə düşən fürsətlərdən istifadə etməsini gizlətmək olmaz. Əlbəttə, məyus oluruq, ancaq indi daha güclü qalmalıyıq.
Futbolda nəticə bu gün göstərilməlidir. Üç ay əvvəl hansı nəticəni qazanmış olmağının əhəmiyyəti yoxdur. Əsas olan bu günün nəticəsidir”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin