Mourinyo futbolçularının mübahisə etməsinin səbəbini açıqladı
“Tottenhem”in baş məşqçisi Joze Mourinyo Premyer Liqanın 33-cü turunun “Everton”la oyunu (1:0) zamanı qapıçı Uqo Llorislə Son Hın Min arasında baş verən gərginlik haqda danışıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis, futbolçuların mübahisə etməsinin səbəbini belə açıqlayıb:
“Bu, yaxşıdır, ola bilər ki, bunlar oyunlarımızın nəticəsidir. Buna görə kimisə günahlandırmaq istəyirsizsə, o adam mənəm. Futbolçularımı da tənqid etmişəm. Ki, özlərini kifayət qədər tənqid etmirlər. Onlardan bir-birlərinə qarşı daha tələbkar olmalarını istəmişəm. Son inanılmaz futbolçudur, ancaq kapitan daha çox şey etməli, komandaya hər şeyini verməlidir. Bir komandanın böyüməsi üçün lazım olan şeylərdir bunlar. Futbolçuların da böyüməsinə ehtiyacımız var”.
“Everton”la matçın ilk hissəsinin bitməsindən sonra Son və Lloris arasında mübahisə yaranmışdı.
Bizi Facebook-da izləyin