Mourinyo baş hakimi tənqid etdi
“Tottenhem”in baş məşqçisi Joze Mourinyo Premyer Liqanın 28-ci turunda “Arsenal”a məğlub olduqları matçdan sonra fikirlərini bilirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis, 1:2 hesabıyla bitən görüşün baş hakimini tənqid edib:
“İlk hissədə çox zəif oynadıq. Oyunumuzda dinamika və gərginlik çatmırdı. İkinci hissədə özümüzə gəldik, oyuna nəzarət edirdik. Ancaq bir penalti və qırmızı vərəqə işlərimizi pozdu.
Bəzən hakimlərin işi çətin olur, belə anlarda onlardan şikayət etmirəm. Amma bəzi epizodlar var idi ki, fərqli qərarlar verildi. Hakimlər oyundan sonra müsahibə vermirlər, elə deyil? Çox təəssüf”.
“Arsenal” – “Tottenhem” matçında baş hakim Maykl Oliver 64-cü dəqiqədə “Tottenhem”in qapısına penalti təyin edib, 76-cı dəqiqədə isə Erik Lamelaya ikinci sarı vərəqə göstərərək, onu meydandan qovub.
Bizi Facebook-da izləyin