“Alacağımız bir dərs yoxdur” – Mourinyo

“Tottenhem”in baş məşqçisi Joze Mourinyo Premyer Liqanın 12-ci turu çərçivəsində “Kristal Pelas”la qarşılaşdıqları oyundan sonra açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis, 1:1 hesabıyla bitən görüşü belə şərh edib:

“Premyer Liqada kifayət qədər təcrübəm var. Oyunda ola biləcəkləri futbolçularıma demişdim və bunlar da oldu. Rəqib uzun ötürmələrlə təhlükə yarada biləcək bir komandadır, bunu da bilirdik. Bir xaldan heç vaxt məmnun olmaram, hər zaman daha yaxşısını etməliyik.

Bizim qapıçımız Uqo Lloris Premyer Liqanın ən yaxşısıdır. Alacağımız bir dərs yoxdur. Nələr ola biləcəyini fasilədə futbolçularımla danışmışdıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button