“Məni sevirlərmi? Açığı, bilmirəm” – Mourinyo
“Tottenhem”in baş məşqçisi Joze Mourinyo Premyer Liqada “Bornmut”u məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis, 3:2 hesabıyla qalib gəldikləri oyunu belə şərh edib:
“Bu qələbəyə ehtiyacımız var idi. Premyer Liqada və Çempionlar Liqasında ardıcıl qələbə istəyirdik. Bu, çox vacib idi.
Burda özümü hər gün daha yaxşı hiss edirəm. Azarkeşlər də komandaya dəstək olur. Məni sevirlərmi? Açığı, bilmirəm. Bu komanda üçün əlimdən gələni etmək istəyirəm. Zamanla daha yaxşı olacağıq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin