Mourinyo: “Utanmaq bir kişinin sahib ola biləcəyi ən gözəl hisslərdəndir”

“Tottenhem”in baş məşqçisi Joze Mourinyo maraqlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis, utanmaq hissinin kişilər üçün önəmli olduğunu deyib:

“Karyeram boyunca bir çox məğlubiyyətdən sonra futbolçularımla qürur duymuşam. Mənim üçün titul qazanmaqdan önəmli olan komanda ruhunu yaratmaqdır. Bunu tək edə bilmərəm, bütün komanda birlikdə olmalıdır.

Utanmaq hissi bir kişi üçün ən güclü hissdir. Heç nəyi vecinə almayan, özünü yormayan kişilərdən bəhs etmirəm. Utanmaq bir kişinin sahib ola biləcəyi ən gözəl hisslərdəndir və komandamda bu hiss olduğu üçün xoşbəxtəm”.

“Tottenhem” Premyer Liqada 6-cı sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button