
İnzaqi İngiltərə klubunun baş məşqçisi ola bilər
Angelos Postekoqlu komandanın baş məşqçisi vəzifəsindən qovulsa, “Tottenhem”ə kimin rəhbərlik edə biləcəyi məlum olub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “İnter”in hazırkı baş məşqçisi Simone İnzaqi və Dortmund “Borussiya”nın keçmiş çalışdırıcısı Edin Terziç İngiltərə klubunun əsas namizədləridir.
“Tottenhem” keçirilən 29 oyundan sonra 34 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 14-cü yerdədir. Komanda növbəti turda səfərdə “Çelsi” ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



