
“Xavi önəmli addımlar atır”
“Tottenhem”in baş məşqçisi Tomas Frank komandaya yeni qoşulan yarımmüdafiəçi Xavi Simonsun oyuna təsirini dəyərləndirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, danimarkalı çalışdırıcı, Xavinin önəmli addımlar atdığını deyib:
“Xavi önəmli addımlar atır. O, düzgün zonalara daxil olur və indi əsas rol yalnız son ötürmə və son hərəkətə qalır”.
Baş məşqçi həmçinin, bildirib ki, 22 yaşlı niderlandlı futbolçunun fiziki forması günbəgün yaxşılaşır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



