“Tottenhem”in baş məşqçisi hücumçulardan narazıdır

“Tottenhem”in baş məşqçisi Tomas Frank komandanın hücum xəttini gücləndirmək niyyətindədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hazırkı hücum oyunçularından razı deyil və yanvar transfer pəncərəsində yeni futbolçular almağı planlaşdırır.

Sabah klub rəhbərləri ilə görüş keçiriləcək və qış transferləri müzakirə olunacaq.

“Tottenhem” İngiltərə Premyer Liqasının yeddi turundan sonra 14 xal toplayaraq, turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Bundan əvvəl klub rəhbərliyi komandaya əlavə 115 milyon avro sərmayə qoymuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button