“Qatarla Barselonaya getdim və 10 gün evdən çölə çıxmadım” – Poçettino
“Tottenhem”in baş məşqçisi Maurisio Poçettino maraqlı açıqlama verib.
Komanda.az “goal.com”a istinadən xəbər verir ki, argentinalı mütəxəssis son Çempionlar Liqasının finalında “Liverpul”a məğlub olduqları oyun haqda fikirlərini bildirib:
“Məğlubiyyəti qəbul etmək çətindir. Üç həftəlik hazırlıq prosesindən sonra uduzmağımız bizi məyus etdi. Bunu Argentina millisinin DÇ-2002-də İsveçlə mübarizədə uduzmasına bənzədirəm. Hər iki an futbolçu və məşqçi karyeramda ən pislərdəndir.
“Liverpul”a məğlub olduqdan sonra qatarla Barselonaya getdim və 10 gün evdən çölə çıxmadım. Mənim üçün asan deyildi. Çünki qələbəyə çox yaxın idik. Məncə, “Liverpul”dan da üstün oynamışdıq”.
“Tottenhem” Çempionlar Liqasının finalında “Liverpul”a 0:2 hesabıyla məğlub olmuşdu.
Bizi Facebook-da izləyin