
“Qapımız Keynə həmişə açıqdır” – “Tottenhem”in baş məşqçisi
“Tottenhem”in baş məşqçisi Tomas Frank “Bayern”də çıxış edən hücumçu Harri Keynin İngiltərəyə mümkün qayıdışı barədə fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, danimarkalı çalışdırıcı, Keynin top-oyunçu olduğunu bildirib:
“O, top-oyunçudur. Düzünü desəm, gələn yay qayıdacağını düşünmürəm. Çox güman ki, o, ‘”Bayern”də qalacaq və orada yaxşı çıxış edəcək. Keçən mövsüm bombardir oldu, çempionluğu qazandı – hər şey onun üçün əladır. Mən onun ağlında nə olduğunu bilmirəm. Şəxsi olaraq səyahət etməyi, yeni şeylər öyrənməyi sevirəm. O, burada çox oynadı, niyə “Bayern”də bir az daha vaxt keçirməsin? Amma qapımız ona həmişə açıqdır. Gəlmək istəyirsə, o, bizim üçün çox arzu olunan futbolçudur”.
Mövsümün sonunda “Tottenhem”in Keyni geri almaq hüququ mövcuddur və bu məbləğ 56,7 milyon funt sterlinqdir.
Bizi Facebook-da izləyin



