Mourinyo şikayətçidir: “Bu cür təqvimlə cəzalandırılmaq istəmirəm”

“Tottenhem”in baş məşqçisi Joze Mourinyo açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis təqvimdən narazı olduğunu deyib:

“İlk gündən bəri təqvimdən razı olmadığımı demişəm. İndi də təxirə salınmış oyun var. Biz “Fulhem”lə nə vaxt oynayacağıq? Bu cür təqvimlə cəzalandırılmaq istəmirəm. Bəlkə yadınızdan çıxarmısız, lakin xatırladıram, “Tottenhem” mövsümə Avroliqada təsnifat mərhələsi oynayaraq başlayıb”.

“Tottenhem” Premyer Liqada 17 turdan sonra 4-cü sıradadır. London klubunun 16-cı tur çərçivəsində “Fulhem”ə qarşı keçirməli olduğu səfər oyunu meydan sahiblərinin heyətində koronavirusa yoluxma çox olduğuna görə təxirə salınıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button