“Üfürəndə yerə yıxılanlardan danışın, Keyndən danışmayın” – Mourinyo
“Tottenhem”in baş məşqçisi Joze Mourinyo açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis, hücumçuları Harri Keyni tənqid edənlərə sərt cavab verib:
“Davamlı olaraq bizim haqqımızda danışırsız. Niyə ancaq biz? “Brayton”la oyunda Harri Keyn topu saxladı, Adam Lallana ona kobud şəkildə müdaxilə etdi. Nəyə görə Keyn “ağıllıca” özünü yerə atdı deyirsiz? Düzdür, Keyn ağıllıdır, amma ona edilən cərimə idi. Mən cərimə meydançasından kənarda olduğunu düşünürdüm, ancaq hakimlər VAR-a baxıb, penalti təyin etdi. İynələyici sözlərlə niyə Keyni təzyiq altında saxlayırsız?
“Liverpul”dan, “Mançester Siti”dən danışın! Premyer Liqa oyunlarında penalti qazanmaq üçün özünü “ağıllıca” yerə atanlardan danışın, üfürəndə yerə yıxılanlardan danışın, Keyndən danışmayın”.
Bizi Facebook-da izləyin