“Tottenhem”in baş məşqçisi cəzalandırıldı

İngiltərə Futbol Assosiyasiyası (FA) “Tottenhem”in baş məşqçisi Maurisio Poçettinonu cəzalandırıb.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, argentinalı mütəxəssis İngiltərə Premyer Liqasında iki oyunluq cəza alıb.

Poçettino, Premyer Liqanın 27-ci turunda “Bernli”yə məğlub olduqları (1:2) oyundan sonra matçın baş hakimi Mayk Dinlə mübahisə etdiyinə görə cəzalandırılıb.

İngiltərə Futbol Assosiyasiyası Poçettinoya 10 min avro da pul cəzası verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button