“Bizim də yaxşı komanda olmağımız üçün vaxtımız var” – Konte
“Tottenhem”in baş məşqçisi Antonio Konte İngiltərə Liqa kubokunda “Çelsi”yə qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, Konte, matçla bağlı bunları söyləyib:
“İki il “Çelsi”də çalışmışam və klubun nümayəndələri ilə yaxşı əlaqələrim var. Orada yaxşı işlər gördük. İndi onlara qarşı özümü sübut etməyə ehtiyac yoxdur.
Mən təcrübəli məşqçiyəm. Daha da inkişaf etməyə və ciddi çalışmağa davam edirəm. Yenidən “Stemford Bric”ə qayıtmaq xoş olacaq.
Hazırda “Çelsi” bizdən daha hazır vəziyyətdədir. Ötən mövsüm Çempionlar Liqasını qazanaraq böyük uğura imza atdılar. Bizim də yaxşı komanda olmağımız üçün vaxtımız var. Titullara iddia edən komanda olmaq istəyirik”.
Bu gün keçiriləcək “Çelsi” – “Tottenhem” matçı saat 23:45-də başlayacaq.
Bizi Facebook-da izləyin