“Futbol məhv olacaq!”

“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu futbolda tezliklə mavi vərəqənin tətbiq olunacağı haqda yayılan məlumatlara münasibət bildirib.

Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, mövcud məlumata əsasən, oyunçular qəsdən qayda pozuntusuna yol verərsə və ya matçın rəsmisi ilə razılaşmadıqda onlara mavi vərəqə veriləcək. Bununla da, oyunçu 10 dəqiqəlik meydandan kənarlaşdırılacaq. Posketoqlu isə belə deyib: 

“Komandalardan biri 10 nəfərlə on dəqiqə oynasa, futbolun necə olacağını bilirsizmi? O, məhv olacaq!

Bu halda komandalar sadəcə olaraq öz oyunçusunun meydançaya qayıtmasını gözləyərək, oyun vaxtını itirməyə çalışacaqlar. Fərqli bir rəngdə karta ehtiyac yoxdur. Bir həll yolu var: sarı vərəqə göstər və ya oyunçunu dərhal meydandan kənarlaşdır. Bütün bunlar artıq qaydalarda var”. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button